ABŞ-də uçan körpünün peykdən çəkilmiş şəkli yayılıb - FOTO

3-04-2024, 16:54           
ABŞ-də uçan körpünün peykdən çəkilmiş şəkli yayılıb - FOTO
ABŞ-nin Merilend ştatının Baltimor şəhərində uçmuş körpünü əks etdirən peyk şəkli paylaşılıb.

Həmin şəkli Rusiyanın “Roskosmos” Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyası “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunur ki, Sinqapur bayrağı altında Baltimordan Şri-Lankanın ən böyük şəhəri Kolomboya üzən 300 metr uzunluğunda “MV Dali” konteyner gəmisi körpünün dayaq tiri ilə toqquşub.

Hazırda liman bağlıdır. Dəniz gəmiləri estakadalarda ilişib qaldığı müddətcə və çayın dibi dağıntılar təmizlənənə qədər naviqasiya mümkün olmayacaq.

Liman və şəhər rəhbərliyi əsas kanalın şimal-şərq hissəsində müvəqqəti kanal yaratmağı planlaşdırır ki, bu da ən vacib yükləri daşıyan gəmilərin oradan keçməsinə imkan verəcək.

Xatırladaq ki, martın 26-da konteyner gəmisi Patapsko çayı üzərindəki Fransis Skott Ki adına körpüyə çırpıldıqdan sonra onun konstruksiyası uçub.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]