Rusiya İranın ən böyük xarici sərmayəçisinə çevrilib

30-01-2023, 09:58           
Rusiya İranın ən böyük xarici sərmayəçisinə çevrilib
Rusiya son 15 ayda İrana 2,7 milyard dollar sərmayə qoyub.

Bu barədə İranın İqtisadi və Texniki İnvestisiya Yardımı Təşkilatının sədri Əli Fəkri məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ göstərilən dövr ərzində ölkəyə yatırılan bütün xarici sərmayələrin 45%-ni təşkil edib.

“Beləliklə, Rusiya son 15 ayda İranın ən böyük xarici sərmayəçisinə çevrilib”, - deyə rəsmi şəxs vurğulayıb.

O bildirib ki, Rusiyanın investisiyaları əsasən İlam əyalətində İranın iki neft layihəsinə yönəldilib. Fəkri sərmayələrin “dünya standartlarına uyğun” yatırıldığı qeyd edib.

Bundan əlavə, İran iqtisadiyyatına əhəmiyyətli sərmayələr Türkiyə, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstan tərəfindən qoyulub.

Bütövlükdə, son 15 ay ərzində İran iqtisadiyyatına 5,95 dollar birbaşa xarici investisiya daxil olub. Halbuki, ölkənin hədəfi 10,2 milyard dollar olub.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]