Macarıstan və Vatikan Ukraynada sülhün bərqərar olması üçün vasitəçi olmağa hazırdır

26-01-2023, 08:44           
Macarıstan və Vatikan Ukraynada sülhün bərqərar olması üçün vasitəçi olmağa hazırdır
“Macarıstan və Vatikan Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olmaqda davam edir və bunun üçün öz vasitəçilik xidmətlərini təklif etməyə hazırdırlar, baxmayaraq ki, bu mövqe hazırda bir sıra aparıcı ölkələr tərəfindən dəstəklənmir”.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşü zamanı bəyan edib.

“Təəssüflər olsun ki, beynəlxalq siyasətdə müharibə ritorikasının hökm sürdüyünü, bir çox hallarda sülh tərəfdarı olanların tənqid və qınandığını, onlara damğa vurmağa çalışıldığını görürük. Amma bu, bizə mane olmamalıdır.

Biz sülhün qurulmasına yönəlmişik, öz köməyimizi təklif edirik. Əgər buna ehtiyac varsa, istər vasitəçilik səyləri, istərsə də evdə sülh danışıqlarının təşkili olsun, o zaman bizə hər zaman arxalana bilərsiniz”-deyə, o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]