Rusiya əl çəkmir, uğursuz hücuma davam edir - Ukrayna

19-01-2023, 08:45           
Rusiya əl çəkmir, uğursuz hücuma davam edir - Ukrayna
Rus ordusu öz səylərini Baxmut istiqamətində hücuma keçməkdə davam etdirirlər. Bundan əlavə, onlar Avdeyevka istiqamətində uğursuz hücum əməliyyatları aparırlar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmən Donetsk vilayətini inzibati sərhədlər daxilində ələ keçirmək niyyətindən əl çəkmir. O, əsas səylərini Baxmut istiqamətində hücum əməliyyatı keçirməyə cəmləşdirir. Bundan əlavə, Liman, Zaporojye istiqamətində Orexovo və Qulyaipole yaşayış məntəqələri ərazilərində uğursuz hücum hərəkətləri həyata keçirdi. Kupyanski, Novopavlovski və Xerson istiqamətlərində isə düşmən müdafiəyə keçir", - Baş Qərargahın məlumatında qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]