Ukraynaya yeni silah yardımı bu tarixdə elan ediləcək

16-01-2023, 00:14           
Ukraynaya yeni silah yardımı bu tarixdə elan ediləcək
Qərb ölkələri yanvarın 20-də Ukraynaya yeni hərbi yardımı təsdiq edəcəklər.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, Qərb ölkələrinin müdafiə nazirləri yanvarın 20-də Ramşteyn formatında görüş keçirəcək. Baş katibin sözlərinə görə, yeni yardım paketinə piyadaların döyüş maşınları, eləcə də yüngül tanklar daxil olacaq.

“Mən yeni hərbi yardım elan edə biləcəyimizi gözləyirəm. ABŞ və Almaniyanın piyadaların döyüş maşını göndərmə qərarını, Fransanın yüngül tanklar göndərmək qərarını alqışlayıram. Əminəm ki, digər müttəfiqlər də Ramşteyndə yeni yardım elan edəcəklər”, – Stoltenberq deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]