Britaniya Ukraynaya “Apaçi” helikopterləri göndərəcək - ""Apache” oyun qaydalarını dəyişdirəcək"

15-01-2023, 13:56           
Britaniya Ukraynaya “Apaçi” helikopterləri göndərəcək -
Böyük Britaniya Ukraynaya onlarla Rusiya tankını məhv etməyə qadir olan “Apache AH64E” hücum helikopterləri göndərəcək.

Bu barədə “Report” “Mirror”a istinadən xəbər verir.

Ölkənin müdafiə sektorundakı yüksək vəzifəli mənbə nəşrə bildirib ki, helikopterlərin təhvil verilməsi Ukraynanın “Challenger 2” tanklarını almasından sonra planlaşdırılır.

"Apache” oyun qaydalarını dəyişdirəcək. Əvvəlcə tanklar gələcək və helikopterlərin yerləşdirilməsinə bir qədər vaxt lazım olacaq. NATO-nun digər üzvləri də buna əməl edəcəklər", - mənbə bildirib.

Qeyd olunur ki, “Apache AH64 E” helikopterləri 16-ya qədər “Hellfire” tank əleyhinə mərmi, 76 ədəd 70 mm-lik “Hydra” raketi ilə silahlana bilər.

Bu o deməkdir ki, dörd “Apaçi” bir neçə saniyə ərzində 70 tankdan ibarət bütöv bir alayı məhv edə bilər.

Ukraynalı pilotların Böyük Britaniyada təhsil alacağı, qonşu ölkədə, məsələn, Polşada texniki xidmət bazası yaradılacağı güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]