Gürcüstanda güclü külək mindən çox evin damını uçurub

15-01-2023, 09:14           
Gürcüstanda güclü külək mindən çox evin damını uçurub
Gürcüstanın qərbində yerləşən Sameqrelo-Zemo Svaneti bölgəsində bir neçə gündür davam edən güclü külək mindən çox evin damını, eləcə də elektrik xətlərini zədələyib, 50 inzibati bina isə işıqsız qalıb.

Bu barədə şənbə günü vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Güclü külək 1100-ə qədər yaşayış binasının, 38 çoxmənzilli binanın dam örtüyünə ziyan vurub. Külək nəticəsində 37 məktəbdə müxtəlif növ problemlər yaranıb, 6 uşaq bağçasına da ziyan dəyib. 50 inzibati obyekt hələ də elektrik enerjisi ilə təmin olunmayıb”, - mətbuat xidməti vilayət qubernatoru Georgiy Ququçiaya istinadən məlumat yayıb.

Bildirilir ki, bələdiyyə xidmətləri gecə-gündüz fəlakətin nəticələri ilə mübarizə aparır, kəndlərə elektrik enerjisinin verilməsini tədricən bərpa edir. Zərərin qiymətləndirilməsi komissiyası yaradılıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]