İran və KXDR Rusiyaya silah verməyə davam edir - ABŞ

14-01-2023, 10:25           
İran və KXDR Rusiyaya silah verməyə davam edir - ABŞ
"İran və Şimali Koreya Rusiya Fedarasiyasına silah tədarük etməyi planlaşdırır".

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasının iclası zamanı bildirib: “Həm İran, həm də Şimali Koreya BMT-nin qətnaməsini pozaraq Rusiyaya qadağan olunmuş silahlar, o cümlədən qadağan olunmuş pilotsuz təyyarələr göndərməyi planlaşdırır. Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirmək üçün İranın pilotsuz təyyarələrindən istifadə edir, milyonlarla ukraynalını elektrik enerjisindən, istilikdən məhrum edir. Biz bilirik ki, İran indi də parlamentin qətnaməsini pozaraq yüzlərlə ballistik raketi Rusiyaya ötürməyi düşünür. Biz İranı bu hərəkətlərini dayandırmağa çağırırıq və sülhü dəstəkləyənlərin hamısını Tehrana üz tutmağa çağırırıq ki, bunu etməsinlər”, - deyə o qeyd edib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi onu da qeyd edib ki, Şimali Koreya rəsmi olaraq Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmədiyini bəyan edib: Lakin o vaxtdan BMT-nin qətnaməsini birbaşa pozaraq "Vaqner" ÖHŞ-nə silah göndəriblər. "Vaqner"i dəstəkləmək üçün Rusiya Federasiyasına raketlər və digər silahlar göndərdilər və yenə də qətnaməni pozdular. Biz Şimali Koreyanın "Vaqner" qrupuna daha çox hərbi texnika göndərməyi planlaşdırmasından narahatıq və biz Şimali Koreyanın hərəkətlərini pisləyir və onları bu cür köçürmələri dayandırmağa və BMT Qətnaməsinin qərarına tam əməl etməyə çağırırıq. Biz bir daha hər kəsi bu çağırışa qoşulmağa çağırırıq”,- deyə o vurğulayıb.

Linda Tomas-Qrinfild onu da bildirib ki, bütün ölkələr birləşməli və Rusiyadan müharibəni dayandırmağı tələb etməlidir: "İndi bütün ölkələrin birləşmək və Rusiyadan bu mənasız müharibəni dayandırmağı tələb etmək vaxtıdır. Biz sülhə nail olmaq üçün birləşməli və BMT nizamnaməsini, onun əsas prinsiplərini müdafiə etməliyik. Gəlin həm Ukraynada, həm də xaricdə iztirablara son qoymaq üçün əlimizdən gələni edək”, - deyə o, çıxışını yekunlaşdırıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Şimali Koreya gizli şəkildə Rusiyaya əhəmiyyətli miqdarda artilleriya mərmisi verir. 2022-ci ilin sonunda KXDR "Vagner"ə bir sıra silahlar verib. ABŞ-ın hesablamalarına görə, bu silahların miqdarı müharibənin dinamikasını dəyişməyəcək, lakin amerikalılar Şimali Koreyanın daha çox silah tədarük edəcəyindən narahatdırlar.

Yayda jurnalistlər İranın kamikadze dronlarını Rusiya Federasiyasına satdığı barədə məlumat vermişdilər. Ruslar Ukraynanın mülki infrastrukturuna qarşı dronlardan istifadə edir. Həmin silahların sayəsində bu gün Ukraynada çoxlu dağıntılar, tələfat və yaralananlar var.

Ukrayna kəşfiyyatının məlumatına görə, müqaviləyə əsasən, İran Rusiya tərəfinə 1750 pilotsuz uçan aparat verməli idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]