“Aİ İrana qarşı dördüncü sanksiyalar paketi hazırlayır” - İtaliya XİN başçısı

13-01-2023, 00:01           
“Aİ İrana qarşı dördüncü sanksiyalar paketi hazırlayır” -
“Avropa İttifaqı (Aİ) İrana qarşı hökumət əleyhinə etirazlarla əlaqədar dördüncü sanksiyalar paketini hazırlayır”.

“Report” xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani ölkə parlamentinin hər iki palatasının beynəlxalq məsələlər üzrə komissiyalarının birgə iclasında bildirib.

O, İranı edam hökmlərinin icrasını dərhal dayandırmağa çağırıb.

Qeyd edək ki, İtaliya Prezidenti Sercio Mattarella daha əvvəl İranın ölkəsinə yeni təyin olunan səfiri Məhəmməd Rza Saburiyə etirazçılara qarşı repressiyalara, edam cəzasına görə etirazını çatdırmışdı.

Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi barədə məlumat vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]