Britaniya höküməti İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyacaq...

3-01-2023, 18:34           
Britaniya höküməti İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyacaq...
“The Daily Telegraph” hökümətdəki mənbələrə istinadən məlumat yayıb ki, Britaniya höküməti yeni il tətillərindən qayıdan kimi İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyacaq.
İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı siyahısına salınacağı halda bu təsisata üzv olmaq, həmçinin onun fəaliyyətində iştiraketmək, onun simvollarını daşımaq və fəaliyyətini dəstəkləmək Böyük Britaniyada cinayət məsuliyyətinə çevriləcək.
Keçən ay Avropa İttifaqı “günahsız insanlara qarşı zorakılıq və edamlara” görə İİKK-yə qarşı sanksiyalar tətbiq edib.
ABŞ SEPAH-i 2019-cu ildən terror təşkilatları siyahısına daxil edib.
Yeganə Hacıyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]