Rusiyada dövlət sektoruna xarici messencerlərdən istifadə qadağan edildi

30-12-2022, 12:53           
Rusiyada dövlət sektoruna xarici messencerlərdən istifadə qadağan edildi
Rusiya Prezidenti Vladimir Putin Rusiya banklarına və dövlət sektoruna dövlət xidmətləri göstərərkən və əməliyyatlar həyata keçirərkən şəxsi məlumatların ötürülməsi üçün əcnəbi messencerlərdən istifadə etməyi qadağan edən qanun imzalayıb.
Sənəd 2023-cü il martın 1-dən qüvvəyə minəcək.

Bildirilir ki, yeni qanun ödəniş sənədlərinin və vətəndaşların şəxsi məlumatlarının, pul köçürmələri haqqında məlumatların, hesablar haqqında məlumatların və ödənişlərin həyata keçirilməsi üçün zəruri olan məlumatların göndərilməsini, habelə informasiya sistemlərinin pul köçürmə imkanını təmin edən messencerlərə qoşulmasını qadağan edir.

Qanunun şamil edildiyi xarici proqramların siyahısı Roskomnadzor portalında dərc olunacaq.

Mənbə: 1prime.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]