Zelenski ANONS VERDİ: 2023-cü il cəbhədə həlledici olacaq

28-12-2022, 09:25           
Zelenski ANONS VERDİ: 2023-cü il cəbhədə həlledici olacaq
Ukrayna Prezidenti Volodimir Zelenski 2023-cü ilin Rusiya ilə müharibədə cəbhə xəttində həlledici olacağını bildirib.

Publika.az xəbər verir ki, ötən axşam ukraynalılara müraciətində dövlət başçısı qeyd edib ki, bu gün Ali Baş Komandanın Qərargahının iclası keçirilib. Bu, bir il ərzində 44-cü dəfə baş verib.

"Mövzu aydındır. İlk növbədə, Baxmut, Kremennaya və ümumilikdə Donbasdır. Düşmənin şərq istiqamətində mümkün hərəkətləri və bizim hərəkətlərimiz", - Zelenski bildirib.

O, həmçinin əlavə edib ki, komandirlər dinlənilib və yaxın gələcək üçün atılacaq addımlar barədə qərar verilib.

"Biz gələn il üçün Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini hazırlamağa davam edirik. Bu, həlledici il olmalıdır. Biz qışda riskləri başa düşürük, yazda nə etməli olduğumuzu başa düşürük, yəni bütün müdafiə və təhlükəsizlik sektorunun hansı nəticələri nümayiş etdirməli olduğunu başa düşürük", - Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, döyüş sursatlarının tədarükü və hərbi texnikanın təmiri ayrı-ayrılıqda müzakirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]