Rusiyanın Parisdəki səfirliyi qalmaqallı karikatura paylaşdı - səfir Fransa XİN-ə çağırıldı

26-03-2022, 10:15           
Rusiyanın Parisdəki səfirliyi qalmaqallı karikatura paylaşdı -
Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov sosial şəbəkədə avropalılarla bağlı yayılan karikaturaya görə, Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa XİN-dən verilən açıqlamada Rusiyanın Parisdəki səfirliyinin Twitter-də paylaşdığı karikaturanın qəbuledilməz olduğu bildirilib.

"Biz Rusiya ilə dialoq kanalını saxlamağa çalışırıq, lakin bu hərəkətlər tamamilə qeyri-mütənasibdir", - səfir Meşkovun nazirliyə çağırıldığı bildirilən bəyanatda deyilir.

Qeyd edək ki, Fransa mətbuatında yer alan xəbərlərdə səfirliyin Twitter-də paylaşdığı karikaturada diz çökmüş avropalıların ABŞ-ı təmsil edən şəxsin qarşısında alçaldıcı vəziyyətdə göstərildiyi qeyd edilib.

Sözügedən paylaşım daha sonra silinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]