Qərb Rusiyaya qarşı yeni müharibəyə başlayıb – MN

25-03-2021, 19:31           
Qərb Rusiyaya qarşı yeni müharibəyə başlayıb – MN
Qərb ABŞ-ın rəhbərliyi altında Rusiyaya qarşı yeni növ mental müharibə başladıb.

Teref.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski deyib. Onun sözlərinə görə, bu müharibənin nəticələri özünü tezliklə göstərməyəcək.

İlnitski Qərbin Rusiya ilə birbaşa qarşıdurmadan qaçdığını və belə bir toqquşmanın yaxın 10 ildə olmayacağını söyləyib.

Müşavir bunun üçün Moskvaya qarşı informasiya-hibrid müharibənin aparıldığını bildirib:

"Klassik müharibənin hədəfi düşmənin canlı qüvvəsini məhv etməkdir, müasir kibersavaşlar düşmənin infrastrukturunu məhv edir, yeni növ müharibənin hədəfi isə mentaliteti, cəmiyyətin əsaslarını dəyişməkdir. Mən bunu "mental müharibə” adlandırardım”.

(Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]