Ukrayna və İsrail idxal rüsumlarını LƏĞV ETDİLƏR

4-01-2021, 08:51           
Ukrayna və İsrail idxal rüsumlarını LƏĞV ETDİLƏR
Ukrayna ilə İsrail arasında sərbəst ticarət zonası haqqında saziş qüvvəyə minib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının saytında məlumat yayılıb.

Saziş Ukraynada istehsal olunan malların təqribən 80 faizi üçün idxal rüsumlarını ləğv edir. İsrailin sənaye məhsullarının idxal rüsumlarının təxminən 70 faizinin ləğvi sayəsində isə yüksək texnoloji investisiya idxalı mümkün olacaq.

Saziş 2021-ci il yanvarın 1-də qüvvəyə minib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]