Azərbaycanda qalmaqallı qurumun 1 milyonluq məhkəmə işi

31-03-2022, 13:35           
Azərbaycanda qalmaqallı qurumun 1 milyonluq məhkəmə işi
“Azərxalça”nın nəzdindəki “Azər İlmə” MMC ciddi maliyyə problemləri ilə üzləşib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, şirkətin 1 milyon manatdan çox vergi borcu yaranıb.

“Azər İlmə” borcu ödəyə bilmədiyi üçün Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə verilib. Bakı Kommersiya Məhkəməsində qaldırılan iddiaya hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Azər İlmə”nin bu günə olan borcu 1 milyon 80 min manatdır.

Xatırladaq ki, bir müddət öncə “Azər İlmə”nin tabe olduğu “Azərxalça”da külli miqdarda yeyintilərə görə qurumun rəhbəri Vidadi Muradov həbs edilmişdi. 20 milyon manatdan çox pulu mənimsəyən Muradovun səhhəti məhkəmənin gedişində pisləşmiş, o, ev dustaqlığına buraxılmışdı. Lakin bir neçə gün sonra evdə vəfat etmişdi.

Məhkəmə araşdırması zamanı məlum olmuşdu ki, V.Muradov yanında çayçı işləyən Xəqani Talıbovu “Azər İlmə”nin direktoru təyin edibmiş. Hazırda da qurumun rəhbəri X.Talıbovdur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]