Həftədə 3 dəfə ağrıkəsici içmək böyrəkləri sıradan çıxara bilər - Həkim

31-03-2022, 12:23           
Həftədə 3 dəfə ağrıkəsici içmək böyrəkləri sıradan çıxara bilər - Həkim
Həkim təyinatı olmadan, nəzarətsiz və müntəzəm ağrıkəsici dərmanlar içmək böyrəklərdə patologiyalara səbəb olur.
Bakupost.az xəbər verir ki, bunu nefroloq Oleq Kotenko bildirib.
Böyrəklərin ikincili xroniki xəstəliklərinin səbəbləri içində dərmanların da rolu var.
“Dərmanların təlimatında velə xroniki nefrit yarada bilməsi barədə xəbərdarlıq var. İnsanlar bunu oxumur, bilmək istəmir. Böyrəklərin zədələndiyini insan özü bilmir. O zaman əlamətlər olur ki, artıq böyrək çatışmazlığı yaranıb. Nəinki ağrıkəsici dərmanlar, həmçinin antibiotik və steroidlər də böyrəklərin qənimidir. Ona görə də bu dərmanları yalnız həyati riski məqamlarda, ciddi ağrılarda həkim təyinatı ilə və böyrəklərin vəziyyəti yoxlanandan sonra təyin etmək lazımdır”.
Böyrəklərin sağlamlığı üçün arterial təzyiqi nəzarətdə saxlamaq və içdiyiniz dərmanlara fikir vermək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]