Omikron ştamına qarşı vaksin BU TARİXDƏ hazır olacaq - Alman nazir

30-03-2022, 10:43           
Omikron ştamına qarşı vaksin BU TARİXDƏ hazır olacaq - Alman nazir
Avropada Omikron ştamına qarşı vaksin payızda hazır olacaq.

Teref.Az APA-ya istinadən bildirir ki, bunu Almaniyanın səhiyyə naziri Karl Loterbax Brüsseldə səhiyyə nazirlərinin iclasında bildirib.

Nazir əlavə edib ki, yeni vaksinin hazırlanması gecikir: "Məndə olan məlumata görə, koronavirusun yeni variantlarına qarşı vaksinlər payızdan tez hazır olmayacaq" - deyə nazir bildirib.

Qeyd edək ki, fevral ayında "Biontech" və "Modena" şirkətləri may ayında yeni vaksinin sınaqlarına başlayacağını bildirmişdi. İndi isə hər 2 şirkət sınağa yayda başlayacağını iddia edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]