Alimlər ilk dəfə xroniki koronavirusu peyvəndlə müalicə etdilər

29-03-2022, 10:25           
Alimlər ilk dəfə xroniki koronavirusu peyvəndlə müalicə etdilər
Alimlər xroniki COVID-19 virusu olan xəstəni mRNT-vaksinlə müalicə ediblər. Onu sağaltmaq üçün peyvəndin iki dozası lazım olub.

37 yaşlı xəstə 218 gün ardıcıl olaraq SARS-CoV-2 üçün müsbət test verib. Eyni zamanda, kişidə nadir bir genetik xəstəlik tapılıb.

Yoluxamdan beş ay sonra aparılan qan testləri xəstədə SARS-CoV-2-yə qarşı heç bir anticisimin olmadığını göstərib. Buna görə də həkimlər eksperimental müalicə tətbiq etmək qərarına gəliblər.

Onlar xəstəyə təxminən dörd həftə ara ilə iki doza “Pfizer mRNA” peyvəndi vurublar. İlk dozadan sonra 14 gün ərzində PCR testi virusun zəiflədiyini üzə çıxarıb. İkinci dozadan təxminən altı həftə sonra isə onun testi mənfı nəticə göstərib.

Mənbə: ferra.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]