Serj Sarkisyan Baden-Badendə 100 milyon dollar uduzub- ERMƏNİSTAN BAŞ PROKURORLUĞU İDDİANI ARAŞDIRIR

9-10-2021, 00:04           
Serj Sarkisyan Baden-Badendə 100 milyon dollar uduzub-
Ermənistan Baş Prokurorluğu üçüncü prezident Serj Sarkisyanın Baden-Baden şəhərinə səfəri zamanı baş vermiş cinayət haqqında məlumat alıb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, Ermənistan Baş Prokurorluğu məsələni araşdırmaq üçün artıq Xüsusi İstintaq Xidmətinə göndərib.

Qeyd olunur ki, Baş Prokuroruluq bu barədə məlumatların araşdırılması üçün daha əvvəl polisə müraciət etsə də, cavab almayıb.

Ermənistan parlamentinin avqustun 25-dəki iclasında “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın prezident olan vaxt Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra S.Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]