Şok hesabat: Bu tarixdə dünya cəhənnəmə çevriləcək

1-10-2021, 09:34           
Şok hesabat:
ABŞ-da bir araya gələn 13 elm adamı 2500-cü ildə dünyada nələrin baş verəcəyi ilə bağlı proqnoz açıqlayıb.

Axar.az xəbər verir ki, 13 alimin birgə hazırladığı hesabat elm cameəsində qarışıqlığa səbəb olub. Belə ki, bəzi ölkələrdə elm adamları sözügedən hesabatın yayılmasına qarşı çıxıblar. Çünki hesabatda yer alan proqnozlar insanları təşvişə sala bilər.

Sözügedən 13 elm adamına rəhbərlik edən Kristofer Lion Paris İqlim Sazişindən daha əhatəli bir razılaşmaya ehtiyac olduğunu vurğulayıb.

Qeyd olunub ki, Paris sazişinin bütün şərtləri yerinə yetirilərsə, bu əsrin sonunda hava temperaturu öncəki dövrlə müqayisədə 2 dərəcə aşağı olacaq, ancaq bu tədbirlər belə qlobal istiləşməni 2100-cü ildə də dayandırmayacaq.

Araşdırmalara əsasən, 2100-cü ilə qədər dünyada temperatur 2,7 selsi artacaq. Bu vəziyyətdə böyük meşə yanğınları, şiddətli quraqlıq və daşqınlar qaçılmaz olacaq.

Hesabat müəlliflərinin fikrincə, belə davam edərsə, 2500-cü ilə qədər dünya insanlar üçün cəhənnəmə çevriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]