Piylənmənin əsl səbəbi məlum oldu

5-07-2019, 18:33           
Piylənmənin əsl səbəbi məlum oldu
Yapon alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.
“Ölkə.Az” xəbər verir ki, nəticələrə əsasən, piylənmənin səbəbi bağırsağın immun hüceyrələridir. Məlum olub ki, qidadan imtina etmədən kökəlməmək mümkündür. Yəni qızardılmış kartof, şirniyyat xoşlayanlar bundan sonra sevimli vərdişlərindən əl çəkməyə bilərlər.

Artıq çəki “İLC2B” hüceyrələrinin təsiri nəticəsində yaranır. Bunu Kanaqava şəhərindəki “RİKEN” təqdiqat mərkəzi təcrübələrə əsasən deyir. Amma hələlik hüceyrələrin iş prinsipi bilinmir.

Əgər orqanizmdə bu hüceyrələri “söndürmək” mümkün olsa, yağlı yeyib kökəlməmək olar. Hələlik alimlər hüceyrələrə necə nəzarət etməyin yollarını axtarırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]