Azərbaycanlı İŞİD-çinin dul qadını Səbinə... - ALMAN MƏHKƏMƏSİ HÖKM ÇIXARDI

5-07-2019, 16:47           
Azərbaycanlı İŞİD-çinin dul qadını Səbinə... - ALMAN MƏHKƏMƏSİ HÖKM ÇIXARDI
İŞİD terrorçusunun dul qalmış həyat yoldaşı bu günlərdə Almaniya məhkəməsi önünə çıxarılaraq mühakimə olunub. Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən və həbs olunmazdan bir müddət öncə vətənə dönən 32 yaşlı qadın 5 il azadlıqdan məhrum edilib.

Virtualaz.org xəbər verir ki, bununla bağlı alman mətbuatı məlumat yayıb.

İttihama görə, iki uşaq anası Səbinə Z. 22 yaşında olarkən islamı qəbul edib. O, 2013-cü ilədək ailəsi ilə birgə Berlində yaşayıb. Ərindən ayrıldıqdan sonra isə Suriyaya yollanıb. İŞİD-in fəal üzvlərindən biri, əslən azərbaycanlı olan şəxslə yenidən ailə qurub.

İkinci ərini döyüşdə itirən Səbinə dörd il Suriyada və İraqda yaşayıb. Ev işləri və təsərrüfatla məşğul olan qadın ikinci nikahdan daha iki övlad dünyaya gətirib.

İstintaqla həmçinin müəyyən edilib ki, Səbinə Z. sosial şəbəkələrdə İŞİD döyüşçülərinin həyatını təbliğ edib, döyüş təlimləri keçib, edamlara qatılıb. O, 2017-ci ildə kürd silahlıları tərəfindən saxlanılıb. 2018-ci ildə Almaniyaya qayıdıb və elə burada da həbs olunub.

Məhkəmə prosesində Səbinə Z. ifadəsində könüllü olaraq radikallara qoşulduğunu etiraf etsə də, terror təşkilatının üzvü olması ilə bağlı ittihamları qəbul etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]