Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı - 2,2 milyardlıq fond qalmaqalı

Bu gün, 00:09           
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı -
Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

AzFakt.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən maliyyə bazarlarındakı əməliyyatlarla bağlı aparılan fond istintaqı çərçivəsində Silivri həbsxanasında saxlanılan sabiq nazir 18 gün sonra məhkəmə nəzarəti və ölkədən çıxış qadağası tətbiq edilərək azadlığa buraxılıb.

Məlumata görə, noyabrın 6-da həbs edilən Kaya "Kapital Bazarları haqqında" qanunu pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda ittiham olunur. Kapital Bazarları Şurasının (SPK) hesabatında sabiq nazir və həyat yoldaşı İlyas Kayanın 2026-cı ilin aprel ayında "Özata Denizcilik" (OZATD) şirkətinin səhmlərinə təxminən 160-163 milyon lirə yatırım etdiyi və 5 ay ərzində bu əməliyyatdan 2,2 milyard lirəyə yaxın gəlir əldə etdiyi bildirilir.

Prokurorluq onun daxili məlumatlardan (insayder informasiyasından) istifadə etdiyini qiymətləndirir.

Qeyd edək ki, istintaq gündəmə gəldikdən sonra sentyabrın 26-da hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini vəzifəsindən istefa verən sabiq nazir məhkəmədə bütün ittihamları rədd edib. Bildirilir ki, onun ev dustaqlığına buraxılmasına noyabrın 18-də həbsxanada huşunu itirərək xəstəxanaya yerləşdirilməsi və səhhətində yaranan ciddi problemlər səbəb olub.

Xatırladaq ki, eyni cinayət işi üzrə sabiq nazirin həyat yoldaşı İlyas Kaya və SPK-nın keçmiş sədri İbrahim Ömer Gönül barəsində də məhkəmə nəzarəti qətimkan tədbiri qüvvədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]