Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək

Bu gün, 00:08           
Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək
Azərbaycanda gənclərin çağırışaqədərki hazırlığının təşkili və keçirilməsi qaydaları yenilənib.

Gununesi.info xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb.

Yeni Əsasnaməyə əsasən, çağırışaqədərki hazırlıq dövründə gənclərə müasir hərbi texnologiyalar, pilotsuz uçuş aparatları, süni intellekt, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi barədə biliklər veriləcək.

Bununla yanaşı, fövqəladə hallar zamanı davranış, ilkin tibbi yardım, sağlamlığın qorunması və psixoloji dayanıqlılığın gücləndirilməsi də tədrisin əsas istiqamətləri sırasında yer alacaq.

Çağırışaqədərki hazırlıq dərsləri oğlan və qızlar üçün birlikdə təşkil ediləcək. Nümunəvi davranışı, intizamı və təlim nailiyyətləri ilə fərqlənən şagirdlər arasından direktorun əmri ilə taqım və manqa komandirləri təyin olunacaq.

Həqiqi hərbi xidmət keçmiş, eləcə də əvvəlki təhsil müəssisəsində çağırışaqədərki hazırlıq proqramını tam başa vurmuş şəxslər bu dərslərə təkrar cəlb edilməyəcəklər.

Əsasnamədə çağırışaqədərki hazırlıq müəllimlərinin işə qəbulu və ixtisaslarının artırılması ilə bağlı tələblər də müəyyənləşdirilib. Müharibə veteranlarına müvafiq təhsil tələblərinə cavab verdikləri halda bu vəzifədə çalışmaq imkanı yaradılır.

Hərbi xidmət keçmiş çağırışaqədərki hazırlıq rəhbərlərinin xidmət illəri onların pedaqoji stajına daxil ediləcək.

Qeyd edək ki, yeni Əsasnamənin təsdiqlənməsi ilə Nazirlər Kabinetinin gənclərin ibtidai hərbi hazırlığına dair 1998-ci ildə qəbul etdiyi qərar ləğv olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]