Qətərin bəyanatı İranı narazı saldı: Tehrandan sərt reaksiya

Bu gün, 16:54           
Qətərin bəyanatı İranı narazı saldı: Tehrandan sərt reaksiya
İran Xarici İşlər Nazirliyi Qətərin Tehrandakı müvəqqəti işlər vəkili ilə görüşərək bu ölkənin Almaniya ilə birlikdə hazırladığı bəyanata etiraz edib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi Tehranın sözügedən bəyanatı “təəccüb və təəssüf hissi ilə” qarşıladığını bildirib. O, sənəddə yer alan ittihamları rədd edərək, onları əsassız və qəbuledilməz adlandırıb.

Bəqayinin sözlərinə görə, Qətər İranın mühüm qonşularından biridir və Tehranla Doha arasında yaxın münasibətlər mövcuddur. O, Qətərin regiondakı bəzi ölkələrdə yerləşən ABŞ hərbi bazalarından İrana zərbələr endirmək üçün yararlandığını vurğulayıb.

İran rəsmisi Qətərin regiona aid olmayan Almaniya ilə birgə bəyanat yaymaq qərarının izah tələb etdiyini də bildirib.

Xatırladaq ki, Qətər Almaniya ilə birlikdə İranın region ölkələrinə hücumlarını pisləyən bəyanat yayıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]