Azərbaycanda qızıl istehsalı artdı – Qrafik

Bu gün, 15:34           
Azərbaycanda qızıl istehsalı artdı – Qrafik
Bu ilin yanvar-oktyabr aylarında qızıl istehsalı illik müqayisədə 6,6 faiz artaraq 2763,6 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, noyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında qızıl üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə artaraq 419,2 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq 3221,3 kiloqram təşkil edib.

Noyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz artaraq 786 kiloqram qeydə alınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]