İranda müğənni hicabsız mahnı oxuduğuna görə şallaqlanıb - Foto

Bu gün, 15:38           
İranda müğənni hicabsız mahnı oxuduğuna görə şallaqlanıb - Foto
İranın Qum şəhərində hicabsız çıxış edən müğənni Pərəstu Əhmədi və onun ansamblının dörd üzvü barəsində çıxarılmış 74 şallaq zərbəsi cəzası icra olunub.

"Azad İran" Telegram kanalı xəbər verir ki, bu cəza İranda qadınların yaradıcılıq fəaliyyəti ilə məşğul olduqlarına görə məhkəmə təqibinə məruz qalması məsələsini yenidən gündəmə gətirib.

İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq cəzası verilib

Vəkil Mustafa Nili bildirib ki, hökm qanuni qüvvəyə mindikdən və iş cəzanın icrası şöbəsinə göndərildikdən sonra Pərəstu Əhmədi, Süheyl Fəqih-Nasiri, Amin Tahiri, Əmirəli Pərniya və Möhsün Ləşkari Qum prokurorluğuna çağırılıblar. Onların hər birinə 74 şallaq zərbəsi endirilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]