Rusiyada saxlanılan Murmansk qubernatorunun əmlakları açıqlanıb

Bu gün, 16:44           
Rusiyada saxlanılan Murmansk qubernatorunun əmlakları açıqlanıb
Rusiyada mənimsəmə şübhəsi ilə saxlanılan Murmansk vilayətinin qubernatoru Andrey Çibis 2025-ci il üçün təqdim etdiyi bəyannamədə İspaniyada daşınmaz əmlakını, eləcə də regionda bir neçə torpaq sahəsini göstərib.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bəyannaməyə əsasən, sənədin təqdim edildiyi vaxt siyasətçinin bank hesablarında 7.2 milyon rubl (təxminən 148 900 manat) olub.

Ailənin əsas xarici əmlakı İspaniyada yerləşən, 176 kvadratmetr sahəsi olan mülkdür. 2012-ci ildə alınan bu daşınmaz əmlakın dəyəri 300 min avro təşkil edib.

Dəniz sahilindəki evlə yanaşı, məmurun Murmansk vilayətində üç torpaq sahəsi, Moskvada iki mənzili, həmçinin Rusiya paytaxtında və Arktika bölgəsində kommersiya təyinatlı tikililəri və binaları var.

Qubernatorun nəqliyyat vasitələri sırasında "Toyota Land Cruiser 200" yolsuzluq avtomobili, "Mercedes-Benz ML 250" krossoveri, "Arctic Cat" qar avtomobili və BRP kvadrosikli yer alır.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Çibis barəsində açılmış cinayət işi üzrə ümumi zərər bir milyard rublu (20.7 milyon manatdan çox) ötür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]