Yaqub Eyyubovun oğlu Orxan Eyyubov 14 il ərzində İngiltərədə ümumi alış qiyməti 10 milyon funta çatan 17 (!) əmlak alıb.

Bu gün, 00:14           
Yaqub Eyyubovun oğlu Orxan Eyyubov 14 il ərzində İngiltərədə ümumi alış qiyməti 10 milyon funta çatan 17 (!) əmlak alıb.
81 yaşlı Yaqub Eyyubov 23 ildir Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (2003-cü ildən) vəzifəsini tutur. Onun oğlu Orxan Eyyubov 14 il ərzində İngiltərədə ümumi alış qiyməti 10 milyon funta çatan 17 (!) əmlak alıb. Əmlakın alışı benefisiarı olduğu NEW CANADA CAPITAL LTD şirkəti ilə həyata leçirilib.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində yazıb. Cavanşir Həsənli daha sonra yazır:
Əmlakın siyahısı (Böyük Britaniya əmlak reyestrindəki nömrəsi və alış qiyməti ilə)
* 19 High Street, Ashford (K596906) £340 000
* 345 Upper Richmond Road West, London (SGL334743) £400 000
* 212 Upper Richmond Road, Putney (154970) £395 000
* 1 Horse Fair, Banbury (ON19304) £2 200 000
* 2 Horse Fair, Banbury (ON19304) £300 000
* 16 Market Square, Buckingham (BM278250) £385 000
* 1 High Street, Banbury (ON214032) £300 000
* 36 və 37 Market Place, Wisbech (CB130369) £465 000
* 287 New Kings Road, London (LN61810) — qiyməti açıqlanmır
* 1–1A Camden Walk, London (NGL876938) — qiyməti məlum deyil.
* Unit 2, 14 Norfolk Street, King's Lynn (NK272884) £350 000
* 123 High Street, Sevenoaks (K287740) £317 500
* 37 Wigmores North, Welwyn Garden City (HD231446) - £336 000
* 18–20 The Drapery və digər vahidlər, Northampton (NN268452) - qiyməti bəlli deyil.
* 72 High Street, Winchester (HP472535) - £725 000
* 29–30 High Street, Windsor (BK406820), qiyməti bəlli deyil. Bura keçmiş Barclays Bank binasıdır, hazırda Indelibly Windsor yerləşir.
NEW CANADA CAPITAL LTD-nin 2026 göstəricilərinə görə idarə olunan aktivlərinin ümumi dəyəri 17 milyon funddan artıqdır.
Cavanşir Həsənli
TEREF

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]