Kim çox dağıdıb Çingiz xan, Stalin, Hitler, yoxsa ingilis-amerikan bombardmanları?

Bu gün, 17:14           
Kim çox dağıdıb Çingiz xan, Stalin, Hitler, yoxsa ingilis-amerikan bombardmanları?
“Deyirlər Çingiz xan və onun varisləri öz dövrlərinin dövlətləri, xalqları üçün bir bəla idilər. Onlar od və qılıncla irəliləyir, fəth etdikləri yerləri dağıdır, insanları öldürür, qarət edirdilər. Amma fəth yürüşləri zamanı kim dağıtmayıb, kim öldürməyib, kim qarət etməyib ki? Hətta yaşadığımız XX əsrin ortalarına, lap yaxın zamanlara qədər də bu belə olub. Hamı belə edib.
Bu baxımdan, Zaqafqaziyanın Gürcüstanında doğulmuş Stalin heç də özünü “şairlər və mütəfəkkirlər xalqı” adlandıran bir xalqın içində dünyaya gəlmiş Hitlerdən yaxşı deyildi. Bəs, görəsən, Çingiz xan bütün ömrü boyu Qərbi Avropa sivilizasiyasının, heç olmasa, iki il ərzində ingilis-amerikan bombardmanları nəticəsində məhv edilmiş abidələrinin yüzdə biri qədərini dağıtmışdımı?”
Polyak yazarı Yozef Matskeviçin “Viliyadan İzaraya” kitabından.
Vahid Qazi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]