Çəkiyə diqqət yetirən insanlar rasionlarına hansı giləmeyvəni əlavə etməlidirlər? - Diyetoloqdan tövsiyə
Bu gün, 17:17
Diyetoloq Emili Laxtrupp çəkilərinə nəzarət edən insanlara öz rasionlarına moruq əlavə etmələrini tövsiyə edib.
Oxu.Az-ın xəbərinə görə, bu giləmeyvənin faydalı xüsusiyyətləri barədə o, "Eating Well" nəşrinə müsahibəsində danışıb.
Emili Laxtruppun sözlərinə görə, moruq liflə zəngindir ki, bu da həzmi yavaşladır, insanın daha uzun müddət özünü tox hiss etməsinə kömək edir və bununla da çəkinin itirilməsinə kömək edir. Bundan əlavə, lif qanda şəkər səviyyəsinin kəskin sıçrayışlarının qarşısını alır və gün ərzində orqanizmi enerji ilə təmin edir.
Diyetoloq həmçinin qeyd edib ki, moruğun tərkibində antioksidantlar - orqanizmin hüceyrələrini zədələnmədən və iltihabdan qoruyan maddələr mövcuddur. O vurğulayıb ki, piylənmə ilə iltihab arasında birbaşa əlaqə var və bu da o deməkdir ki, antioksidantlarla zəngin qidaların qəbul edilməsi artıq çəkidən xilas olma prosesini bir az sürətləndirməyə kömək edəcək.
Laxtrupp əlavə edib ki, moruğun tərkibindəki təbii şəkər şirin qəlyanaltılara olan istəyi azalda bilər.
"Moruğun tərkibindakı təbii şəkər lif, antioksidantlar, vitaminlər və minerallarla birləşərək onları sağlamlıq üçün faydalı hala gətirir. Onu sadə şəkild yeyin, ya da qatıqlı lopalara, yulaf əzməsinə, kekslərə və s. əlavə edin", - deyə diyetoloq tövsiyə edib.