Ayda 50 min nəfər… Ruttenin Rusiya ilə bağlı açıqladığı rəqəm şok etdi

Bu gün, 17:34           
Ayda 50 min nəfər…
NATO-nun baş katibi Mark Rutte Ukrayna müharibəsində Rusiya ordusunun üzləşdiyi itkilərin miqyasını açıqlayıb. Onun iddiasına görə, Ukrayna hər ay Rusiya ordusuna 50 min nəfərədək hərbçinin ölümü və ağır yaralanması ilə nəticələnən itkilər verir.

Globalinfo.az xəbər verir ki Rutte bu rəqəmi ABŞ-ın Vyetnam müharibəsindəki itkiləri ilə müqayisə edib.

O xatırladıb ki, ABŞ 14 il davam edən Vyetnam müharibəsində təxminən 56 min hərbçi itirib.

NATO-nun baş katibi bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin bu qədər böyük insan itkisi ilə barışması onun yanaşması və niyyətləri barədə müəyyən təsəvvür yaradır.

Rutte hesab edir ki, Putinin bu cür itkilərə baxmayaraq müharibəni davam etdirməsi Rusiya vətəndaşlarının həyatını qurban verməyə hazır olduğunu göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]