Bazarlardan yoxa çıxan KƏND YUMURTASI - "Digər ölkələrlə müqayisədə kəskin bahalaşma..."

1-12-2025, 17:49           
Bazarlardan yoxa çıxan KƏND YUMURTASI - "Digər ölkələrlə müqayisədə kəskin bahalaşma..."
Son günlər ölkədə yumurta qıtlığı və qiymət artımı ilə bağlı narahatlıq müşahidə olunur. Alıcıların sözlərinə görə, bazarlarda qiymətlər yüksəlib, bəzi rayonlarda isə kənd yumurtasının tapılması çətinləşib.

Yenicag.az-a açıqlamasında Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, ölkədə sənaye üsulu ilə istehsal olunan yumurtada heç bir problem yoxdur. media-1625216368_421

O, qıtlığın, əsasən, kənd yumurtasında müşahidə olunduğunu deyib.

Ekspert bildirib ki bunun səbəbi qış aylarında yumurta istehsalının azalmasıdır.

“Bayramqabağı müəyyən qədər qıtlıq ola bilər, amma ümumilikdə bazarda kifayət qədər yumurta mövcuddur. Qiymət artımı yalnız kənd yumurtasına aiddir. Qonşu ölkələrdə və Avropa dövlətlərində yumurtanın qiyməti Azərbaycandan daha bahadır. Azərbaycan bazarında yumurta qiymətləri nisbətən sabitdir və digər ölkələrlə müqayisədə kəskin bahalaşma yoxdur”.

Ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]