Devalvasiya QAPIDA? Manatı nə gözləyir - İqtisadçıdan şok proqnozlar - VİDEO

16-05-2025, 11:14           
Devalvasiya QAPIDA? Manatı nə gözləyir -
Son aylarda dünya bazarlarında neft qiymətlərində ciddi ucuzlaşma müşahidə olunur. İki ay əvvəl 74 dollar olan Brent markalı neftin qiyməti hazırda 66 dollara qədər geriləyib.

Bu tendensiya xüsusilə neft gəlirlərindən asılı olan ölkələr üçün ciddi iqtisadi təhdidlər yaradır. ABŞ-də Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra enerji hasilatını artırmağa yönəlmiş siyasət, qlobal təklifin artmasına və nəticə etibarilə neft qiymətlərinin daha da enməsinə səbəb olub. Bu vəziyyət beynəlxalq bazarlarda narahatlıq doğurur və bəzi ölkələrdə valyuta təzyiqlərini gücləndirib.

Bəs bu gedişat Azərbaycanın iqtisadi sabitliyinə necə təsir edəcək? Neft Fondu və dövlət büdcəsi üçün qısamüddətli risklər varmı? Manatın məzənnəsi bu fon qarşısında təhlükə altındadırmı?

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov “TV Müsavat”ın qonağı olub, bu və digər suallara cavab verib.


TEREF həmin videomaterialı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]