“Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTOFAKT

30-10-2020, 00:06           
“Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? -
“Jonson&Jonson” şirkəti Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimi maliyyələşdirir.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula “Jonson&Jonson” tərəfindən 50% əlavə ediləcəyini bildirib.

Bu addımla “Jonson&Jonson” Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombaları istifadə edən terrorçu qurumu dəstəkləyir.

Sosial şəbəkə istifadəçiləri A.Akopyanın addımının araşdırılması və bu aksiyanın dayandırılması ilə bağlı “Jonson&Jonson” şirkətinə məktublar ünvanlamağı təklif edirlər.

Əks halda şirkətin istehsal etdiyi bütün mallarının idxalı Azərbaycana qadağan edilməsi təklif edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]