“İran HƏMAS-İsrail müharibəsinə daxil olarsa, biz neft qiymətlərinin daha da yüksələcəyini aydın şəkildə görəcəyik”.

13-10-2023, 10:14           
“İran HƏMAS-İsrail müharibəsinə daxil olarsa, biz neft qiymətlərinin daha da yüksələcəyini aydın şəkildə görəcəyik”.
ABŞ-ın Pioneer Natural Resources Company şirkətinin prezidenti Scott Douglas Sheffield (1952) çərşənbə günü CNBC-nin “Squawk Box” verilişində çıxışı zamanı deyib: “İran HƏMAS-İsrail müharibəsinə daxil olarsa, biz neft qiymətlərinin daha da yüksələcəyini aydın şəkildə görəcəyik”.
İran dünyada əsas neft istehsalçılarından biridir və ABŞ-ın terror təşkilatı kimi tanıdığı Fələstin silahlı qruplaşması HƏMAS-ın əsas dəstəkçisidir. Daha geniş münaqişə son aylarda Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən azaldılan qlobal xam neft tədarükü üçün böyük təhlükə yarada bilər.
Hazırda bir barel neftin qiyməti 85-87 dollar arasındadır...
İranın özündə HƏMAS-İsrail müharibəsinə qoşulmaq istəyi yoxdur. İran Livanda Hizbullahı İsrailə qarşı qaldırdı, Yəməndə huti üsyançılarının əli ilə Səudiyyə Ərəbistanını vurdu. İran Yaxın Şərqdə yaratdığı müxtəlif silahlı birləşmələr vasitəsi ilə öz problemlərini həll etməyə üstünlük verir. Ona görə də İranın bu dəfə də təhlükədən kənarda qalacağı ehtimalı çox yüksəkdir. Ancaq Qərb İsrailin əli ilə İranı müharibəyə qoşulmağa təhrik edə bilər.
Düşünürəm ki, istənilən halda İsrail ilk fürsətdə İranın hərbi obyektlərini mütləq vuracaq. Xüsusən İranın silah-sursat istehsal edən mərkəzləri sıradan çıxarılacaq...
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]