Yens Stoltenberq: "NATO Türkiyəni bundan sonra da dəstəkləyəcək"

10-03-2020, 07:36           
Yens Stoltenberq: "NATO Türkiyəni bundan sonra da dəstəkləyəcək"
“Türkiyə NATO-nun terrorizmlə mübarizəyə və miqrasiya böhranının nizama salınmasına misilsiz töhfə vermiş əhəmiyyətli müttəfiqidir”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Brüsseldə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Heç bir başqa müttəfiq terrorizmdən Türkiyədən çox zərər çəkmədi. Heç bir başqa müttəfiq Türkiyədən daha çox qaçqın qəbul etmir", - deyə Stoltenberq vurğulayıb.

Şimali Atlantika Alyansının başçısı Türkiyənin regionda təhlükəsizliyin təmin olunması üzrə səylərini yüksək qiymətləndirib.

O, qeyd edib ki, alyans Türkiyəni raket əleyhinə müdafiə sahəsində dəstəkləyir. NATO rəhbəri alyansın Türkiyəyə hava və dənizdən dəstək verdiyini qeyd edib.

“Müttəfiqlər bundan sonra Türkiyəni dəstəkləməyə və daha nələrin etmək lazım olduğunu araşdırmağa hazırdır”, - Yens Stoltenberq əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]