"ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" - Amerikalı diplomat

16-01-2019, 17:26           
"ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" - Amerikalı diplomat
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev ABŞ-ın Azərbaycandakı səfir əvəzi, müvəqqəti işlər vəkili Vilyam Qil ilə görüşüb.

"Report" xəbər verir ki, bunu icma rəhbəri bildirib.

Görüş zamanı bir sıra məsələr üzrə fikir mübadiləsi olub.

"Maraqlı fikir mübadiləsi oldu. Azərbaycanın beynəlxlaq tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının birgə yaşayışının mümkünlüyü, konstruktiv dialoq və təmasların qurulması haqqında mövqeyimizi amerikalı diplomatın diqqətinə çatdırdım. Bundan ötrü işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması, oradan qovulmuş azərbaycanlıların dərhal geriyə dönməsinin əhəmiyyətini qeyd etdim",- deyə o bildirib.

T. Gəncəliyevin sözlərinə görə, ABŞ diplomatı görüşdən məmnun qaldığını və Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]