FHN-lə “Kriogen-N” şirkəti arasında qalmaqal davam edir – İş Ali Məhkəmədir

6-04-2024, 00:04           
FHN-lə “Kriogen-N” şirkəti arasında qalmaqal davam edir – İş Ali Məhkəmədir
Fövqəladə Hallar Nazirliyi (FHN) ilə “Kriogen-N” şirkəti arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, iş hazırda Ali Məhkəmədədir. Kassasiya şikayətinin “Kriogen-N” şirkətinin verdiyi bildirilir. Bəhram Qəribov iş üzrə hakim təyin edilib.
“Kriogen-N” MMC ilə FHN bir müddətdir ki, üz-üzədir. Şirkət əvvəlcə Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddia qismən təmin edilib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məhkəmə çəkişməsi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
“Kriogen-N” MMC 7 noyabr 2006-cı ildə qeydiyyata alınıb. 2008-2014-cü illərdə şirkətin qanuni təmsilçisi Hacıyev Nizami Babaşah oğlu olub.
Nizami Hacıyevin adı oksigen istehsalı ilə məşğul olan “Chinar-Servis” şirkətinə reyder hücumunda hallanıb. Şirkətin rəhbəri İlyas Sadıxov mediaya açıqlamasında Nizami Hacıyevi onun biznesini ələ keçirməkdə ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]