Səhvən pilotun oturacağındakı düyməyə toxunan stüardessa sərnişinlərə dəhşət yaşatdı - VİDEO

17-03-2024, 10:14           
Səhvən pilotun oturacağındakı düyməyə toxunan stüardessa sərnişinlərə dəhşət yaşatdı - VİDEO
Səhvən pilotun oturacağındakı düyməyə toxunan stüardessa “Boeing 787-9” təyyarəsində dəhşət yaşadıb.

Hadisə, Sidney - Yeni Zelandiya marşrutu ilə hərəkət edən təyyarədə baş verib.

Stüardessa pilotlara yemək təqdim etdiyi vaxt təsadüfən oturacaqdakı düyməyə toxunub, bundan sonra oturacaq qabağa keçib və açara toxunub. Nəticədə göyərtə şiddətlə silkələməyə başlayıb, hava gəmisi isə kəskin şəkildə üzüaşağı getməyə başlayıb.

Sərnişinlərdən birinin sözlərinə görə, insanlar oturacaqlardan sıçrayaraq təyyarənin tavanına dəyiblər, sonra yerə çırpılıblar. Hadisə nəticəsində 50-yə yaxın insan xəsarət alıb.

Ancaq təcrübəli pilot idarəetməni bərpa edə bilib və təyyarəni uğurla endirib.

Hadisə şahidləri göyərtədə olanları telefonu ilə qeydə ala bilib.

Mənbə: The Wall Street Journal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]