Zurabişvili xeyriyyə fondunu ləğv etdi

21-01-2025, 11:24           
Zurabişvili xeyriyyə fondunu ləğv etdi
Gürcüstanın eks-prezidenti Salome Zurabişvili 2019-cu ildə yaratdığı xeyriyyə fondunu ləğv edib.

Bu barədə “İmedi” telekanalı məlumat yayıb.

Məlumata əsasən, sabiq dövlət başçısı Dövlət Reyestrinə təşkilatın ləğvi ilə bağlı müraciət təqdim edib və onun müraciəti təmin olunub.

Qeyd edək ki, “Salome Zurabişvili Fondu”nun əsas fəaliyyət istiqamətləri uşaq onkologiyası, səhiyyə, qadın və uşaqların sağlamlığı, mədəniyyət və regional inkişaf olub. S.Zurabişvili prezident kimi aldığı əməkhaqqını fonda köçürürdü./teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]