Pakistan Ukraynaya 40-dan çox tank verə bilər

12-03-2023, 11:58           
Pakistan Ukraynaya 40-dan çox tank verə bilər
Ukrayna Qərb ölkələrinin maliyyə dəstəyi müqabilində Pakistandan 44 ədəd tank ala bilər.

Artan iqtisadi böhran qarşısında ayaqda qalmağa çalışan Pakistan Rusiya qoşunlarına qarşı döyüşən Ukraynaya silah və sursat satmağa razılaşıb.

“Pakistan həmçinin Qərb ölkələrinin maliyyə dəstəyi müqabilində Ukraynaya 44 T-80UD tankını təhvil verməyi təklif edib. Pakistan bu tankları 1997-1999-cu illərdə elə Ukraynadan alıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, ötən ilin iyul ayından başlayaraq Pakistan Britaniya vasitəsilə Ukraynaya artilleriya və tanklar üçün sursatlar ötürüb.

Həmçinin, şərq ölkəsi Ukraynaya kömək etmək üçün Polşa və Almaniyadakı limanlardan istifadə edib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]