G7 ölkələrin XİN başçılarının Ukraynaya dəstəklə bağlı onlayn müzakirəsi keçiriləcək

22-12-2022, 11:10           
G7 ölkələrin XİN başçılarının Ukraynaya dəstəklə bağlı onlayn müzakirəsi keçiriləcək
G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) xarici işlər nazirləri bu gün Ukraynadakı vəziyyəti və gələcək cavab tədbirlərini müzakirə edəcəklər.

“Report” Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, görüş onlayn rejimdə keçiriləcək.

Xatırladaq ki, daha əvvəl Yaponiyanın Baş naziri Fumio Kişida G7-nin sədri kimi 2023-cü ildə Ukraynaya yardımı təşviq etmək niyyətində olduqlarını bəyan etmişdi. O, həmçinin rəsmi Tokionun Rusiyaya qarşı sanksiyaları gücləndirməkdə israrlı olacağını vurğulayıb.

G7 ölkələri, eləcə də Avropa İttifaqı (Aİ), Avstraliya və Norveç dekabrın 5-də Rusiya neftinin yuxarı qiymət həddinin 1 barel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi barədə qərara gəlib. Dekabrın 19-da isə Aİ-yə üzv dövlətlərin energetika nazirləri qazın qiymətinin yuxarı həddi ilə bağlı siyasi razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]