UKRAYNADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNDU - Zelenski fərman imzaladı

24-02-2022, 00:01           
UKRAYNADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNDU -
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı fərman imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, fərmana əsasən, 24 fevral 2022-ci il saat 00:00-dan etibarən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilir.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]