Böyük Britaniyadan Rusiyaya açıq hədə: - “Krım müharibəsini təkrarlayarıq”

23-02-2022, 18:49           
Böyük Britaniyadan Rusiyaya açıq hədə: -
“Londonun həmişə dünyanın istənilən yerində Moskvanın maraqlarına zərbə endirərək ona “təpik vurmaq” imkanı var”. Teref.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles danışıb.

“Hələ 1853-cü ildə Krımda, Şotlandiya qvardiya alayı çar I Nikolayı “təpikləmişdi”. Biz həmişə bunu təkrarlaya bilərik. İndi Vladimir Putin I Nikolayın səhvini təkrarlayır. Həmin vaxtda da çarın heç bir dostu və müttəfiqi yox idi”,-deyə Ben Uolles söyləyib.

Xatırladaq ki, Rusiyanın Türkiyəni işğal etmək istəyindən doğan Krım müharibəsi 1853-1856-cı illərdə baş verib. Müharibə Rusiya imperiyasının ağır məğlubiyyəti ilə nəticələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]