Poliqlot-müxbir Kiyevdən altı dildə yayıma çıxdı – VİDEO

23-02-2022, 10:43           
Poliqlot-müxbir Kiyevdən altı dildə yayıma çıxdı – VİDEO
Son günlərdə dünya ictimaiyyətinin diqqəti Rusiya ilə Ukrayna arasındakı vəziyyətə yönəlib.
Məlum olub ki, müxtəlif ölkələrdə tamaşaçıların bir hissəsi eyni jurnalistin reportajlarına baxıb. Belə ki, o, Kiyevdən altı müxtəlif dildə yayıma çıxıb.

Filip Krouter “Associated Press”-in müxbiri və Ağ Ev Müxbirlər Assosiasiyasının rəsmi üzvüdür. O, Lüksemburqda ingilis qadın və alman kişinin ailəsində anadan olub. Uşaqlıqdan artıq üç dildə (alman, ingilis və lüksemburq) danışan gələcək jurnalist sonradan fransız, ispan və portuqal dillərini də öyrənib. İndi altı dildə sərbəst danışır. Bu cür bacarıqlar ona eyni anda bir neçə mediada işləməyə, müxtəlif ölkələrin sakinləri üçün tədbirləri işıqlandırmağa kömək edir.

Mənbə: tjournal.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]