Tehranda qadın motosikletçilər cəzalandırılacaq

15-02-2022, 09:28           
Tehranda qadın motosikletçilər cəzalandırılacaq
Tehranda qadın motosikletçilər cəzalandırılacaq
Tehran vilayətinin polis idarəsinin rəisi Hüseyn Rəhimi indiyədək qadınlara mokosiklet sürmələri üçün sürücülük vəsiqəsi verilmədiyini deyib.

“Azad İran” “Telegram” kanalı bu barədə RFİ xəbər agentliyinə istinadən məlumat yayıb.

Rəhiminin sözlərinə görə, polis paytaxtda fevralın 19-dan başlayaraq xanım motosikletçilərə qarşı “sürücülük vəsiqəsiz nəqliyyat vasitəsini idarə etmək” ittihamı ilə cəza tədbirləri görəcək.

Xatırladaq ki, İran qanunlarına görə, ölkədə qadınların ictimai yerdə motosiklet və velosiped sürmələri qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]