“Taliban” ali təhsili olmayan bu şəxsi Mərkəzi Banka rəhbər təyin etdi

27-08-2021, 16:43           
“Taliban” ali təhsili olmayan bu şəxsi Mərkəzi Banka rəhbər təyin etdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” Hacı Məhəmməd İdrisi ölkənin Mərkəzi Bankının sədri təyin edib.
Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, Hacı Məhəmməd İdrisin Əfqanıstan Mərkəzi Bankının yeni müvəqqəti sədri vəzifəsini icra edəcəyi açıqlanıb. Onun əsas vəzifələri dövlət maliyyə və bank qurumlarının işini təşkil etmək, ölkə əhalisinin problemlərini həll etməkdən ibarət olacaq.
Xatırladaq ki, Hacı Məhəmməd İdris əvvəllər “Taliban”ın iqtisadi komissiyasının rəhbəri vəzifəsində çalışıb, ali təhsili isə yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]