Qərb Suriyada yeni savaşa başlayır: Hücum əmri verildi

13-02-2021, 10:50           
Qərb Suriyada yeni savaşa başlayır:
Bu il Suriyanın Tanf bölgəsində ABŞ, Fransa, Britaniya və bir sıra region dövlətlərinin xüsusi xidmət orqanlarının nümayəndələrinin silsilə görüşləri keçirilib. Görüşlərdə İŞİD terror qruplaşmasının səhra komandirləri də iştirak edib.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" öz mənbələrinə istinadla məlumat yayıb.

"Görüşlərdə Suriya hökumət qüvvələri və İranın dəstəklədiyi silahlı birləşmələrə, habelə Suriyadakı rus hərbi bazalarına hücumların gücləndirilməsi məsələləri müzakirə edilib. Bundan başqa döyüşçülərə partlayıcı yüklənmiş avtomobillərin istifadəsi də daxil olmaqla Suriyanın hər yerində iqtisadi və nəqliyyat infrastrukturlarına hücum etmək tapşırılıb", - mənbə bildirib.

Məlumata görə, razılaşmalara əsasən, terror qruplaşmaları maliyyə, texnika, sursat və müasir silah sistemləri ilə təmin ediləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]